Bazar necə hərbi əhəmiyyət daşıya bilər?

Nəqliyyat xəbərləri 05 Oktyabr 2020 | 14:58
OXUNUB: 473

Ermənistan qoşunları Gəncənin mərkəzi bazarını artilleriya atəşinə tutub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O, yazıb: "Bazar necə hərbi əhəmiyyət daşıya bilər? Bu raket zərbəsi tək məqsədlə endirilib - mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olmaq. Ermənistanın dinc azərbaycanlılara qarşı terroru davam edir.

Ermənistan tərəfindən Gəncə, Mingəçevir, Bərdə, Tərtər və Azərbaycanın digər iri şəhərlərinin intensiv raket atəşinə tutulması Ermənistanın dinc sakinlərin öldürülməsi məqsədilə həyata keçirdiyi dövlət terrorudur. Ermənistanın hərbi-siyasi rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man