“Ermənistanın gətirdiyi PKK-çıların əksəriyyəti məhv edilib”

Nəqliyyat xəbərləri 05 Oktyabr 2020 | 14:39
OXUNUB: 613

Erməni silahlı qüvvələrinin tərəfində döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Qeyd edilib ki, yerli əhali ərazini tərk edib, canlı qüvvə tükənməkdədir, hərbçilər dəstək gəlməyəcəyi təqdirdə mövqelərdən çıxacaqlarını bildiriblər.

Oktyabrın 4-də günün sonuna kimi İrəvanda toplaşan çoxlu sayda canlı qüvvənin gecə saatlarında Dağlıq Qarabağa göndərilməsi planlaşdırılıb.

Xankəndindəki artilleriya və zenit-raket qurğuları şəhərdən müxtəlif istiqamətlərdə çıxarılaraq yeri dəyişdirilir.

Suriyada toplaşan 500 nəfərlik muzdlu heyətin də oktyabrın 4-dən 5-nə keçən gecə Ermənistana gətirilməsi və Dağlıq Qarabağda partizan döyüşlərinə göndərilməsinə qərar verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man