Çex jurnalist Avropa mediasına dərs keçdi - "Azərbaycanın ərazisi işğal edilib, günahkar Paşinyandır”

Nəqliyyat xəbərləri 03 Oktyabr 2020 | 20:28
OXUNUB: 2077

Çexiyalı jurnalist Stefan Lohr Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalə ilə işğalçı Ermənistanın tərəfini tutan bəzi Avropa mediasına dərs verib. Jurnaist yazır:

“Bir çoxları məndən soruşurlar ki, Dağlıq Qarabağdakı müharibəyə münasibətim necədir? Mən də cavab verirəm: Yadınızda saxlayın, Dağlıq Qarabağ mübahisəli ərazi deyil, işğal edilmiş ərazidir. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

Necə ki, Donbas və Krım Ukrayna ərazisidir, Abxaziya və Osetiya Gürcüstan ərazisidir, Sudet Çexoslovakiyadır, bu da eləcə. BMT Təhlükəsizlik Şurası dəfələrlə qətnamə qəbul edib ki, Ermənistan öz qoşunlarını Dağlıq Qarabağ ərazisindən çıxarsın, amma 30 il ərzində Ermənistan bu çağırışlara məhəl qoymayıb.

Buna görə də, jurnalistlər gerçək situasiyaları təsvir edərək "Dağlıq Qarabağ mübahisəli ərazidir” yazmamalıdırlar. Bu, işğal edilmiş ərazidir”.

Jurnalist daha sonra qeyd edib ki, yalnız Dağlıq Qarabağın ərazisi işğal edilməyib, onun ətrafında olan 7 Azərbaycan rayonu da işğal edilib. Bununla da Ermənistan və tanınmamış “DQR” hökuməti beynəlxalq hüququ bir daha pozub.

Stefan Lohr təəssüflə qeyd edir ki, çex və dünya mətbuatının əksər hissəsi erməni mövqeyini qəbul edərək Azərbaycan tərəfi tənqid edir:“Bununla yanaşı olaraq, daha çox jurnalistlər bu münaqişəni müsəlman (Azərbaycan)- xristian (Ermənistan) toqquşması kimi qələmə verirlər. Azərbaycan cəmiyyətini azacıq da olsa tanıyanlar bu “dini şok”a yalnız gülüşlə cavab verərlər. Mən İslam dünyasında Azərbaycandan daha dünyəvi ölkə tanımıram və bu münaqişənin dini ideya üzərində cərəyan etdiyini söyləmək gülüncdür. Təsdiqedici faktlardan biri də budur ki, Ermənistanı radikal şiə dövləti olan İran (azərbaycanlıların çoxu şiə olsa da), Azərbaycanı isə İsrail müdafiə edir”.

Jurnalist yazır ki, indiki müharibə ilə bağlı yazanların çoxu 100 il geriyə gedərək Osmanlı zamanındakı “erməni soyqırımı ilə bağlı xatırlamalar edirlər: “Mən bunu sadəcə olaraq manipulyasiya sayıram və bunu yazanlar ermənilərə əzabkeş obrazını verərək indiki müharibəni də türklərin erməniləri məhv etmək planlarındanbiri kimi yozmaq niyyəti güdürlər və bu yanaşma xüsusilə ikrah doğurur”.

Stefan Lohr liderləri tənqid etməyin mümkün olduğunu deməklə yanaşı bunun məsələnin mahiyyətini dəyişmədiyini vurğulayıb:“Əksinə, Ermənistanın baş naziri, keçmiş jurnalist, “bizim adam” sayılan Paşinyan xalq etirazları dalğasında hakimiyyətə gəlib, amma hakimiyyətə gəldiyi ilk gündən də DQR-in beynəlxalq aləmdə tanıdılmasına çalışırdı, bununla da gərginliyin artırılmasında xüsusi rol oynadı. Dağlıq Qarabağda indiki hərbi əməliyyatların alovlanması bir çox mənada elə onun öz günahıdır...” (AzPolitika.info)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man