Həsənqaya və Talış istiqamətindəki erməni mövqeləri darmadağın edilib - RƏSMİ
Nəqliyyat xəbərləri29 Sentyabr 2020 | 23:29
OXUNUB: 1197
Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.