Azərbaycanda qəza nəticəsində "VAZ" iki yerə parçalandı - FOTO
Nəqliyyat xəbərləri26 Sentyabr 2020 | 00:59
OXUNUB: 8336
Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21 012” markalı minik maşınları toqquşub.
Hadisə nəticəsində iki nəfər - Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq, Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı “VAZ 2106” markalı avtomobil iki hissəyə bölünüb.