Paytaxtda ən çox satılan lüks avtomobillərin SİYAHI

Nəqliyyat xəbərləri 17 Sentyabr 2020 | 13:32
OXUNUB: 2334

2020-ci ilin yanvar-avqust aylarında Moskvada Luxury-seqmentində 431 yeni avtomobil qeydiyyata alınıb. Avtosfer.az “Avtostat” portalına istinadən xəbər verir ki, bu da Rusiyada eyni sinif avtomobillərinin ümumi satışının təxminən 60 faizini təşkil edir.

Məlumata görə, paytaxtda bahalı avtomobillər arasında ən çox populyarı “Mercedes-Benz Maybach S-Class”dır. İlin ilk 8 ayında şəhərdə 145 alman sedanı realizə edilib.

İkinci yeri 50 ədəd satışla “Rolls-Royce Cullinan”, üçüncünü isə 49 ədədlə “Bentley Continental GT” kupe tutur.

Dördüncü və beşinci sırada “Lamborghini Urus” (47 ədəd) və “Bentley Bentayga” (44 ədəd) krossoveri yerləşir.

2020-ci ilin ən populyar avtomobillərin siyahısına, “Maserati Levante” (20 ədəd), “Rolls-Royce Wraith” (15), “Bentley Continental Flying Spur” (12), “Lamborghini Huracan” (12) və “Ferrari 812 Superfast” (7) düşüb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man