Nazirin limuzini 285 min dollara satışa çıxarıldı - FOTOLAR

Nəqliyyat xəbərləri 08 Sentyabr 2020 | 19:57
OXUNUB: 3327

“LBI Limited” kompaniyası, 1965-ci ildə istehsal edilən nadir “Mercedes-Benz 600 Pullman”ı satışa çıxarıb. Avtosfer.az xəbər verir ki, maşın bundan əvvəl Çinin keçmiş xarici işlər naziri Çen İ-yə məxsus olub. Siyasi xadimin avtomobilini almaq istəyənlər 285 min dollar ödəyərək əldə edə bilərlər.

Bildirilir ki, limuzinin sürüş məsafəsi 21 186 kilometrdir. Keçmiş nazir maşını 1965-1967-ci illər arasında istifadə edib. Hazırda avtomobil ABŞ-dadır.

Bundan əvvəl nəqliyyat vasitəsi Almaniyada və Hollandiyada özəl kolleksiyalarda hərraca çıxarılıb.

“Mercedes-Benz 600 Pullman” 250 at gücündə olan 6,3 litrlik V8 mühərriki ilə təchiz olunub.

Limuzinin maksimal sürəti 200 km/saatdır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man