Polis əməliyyat zamanı unikal avtomobil kolleksiyası aşkarladı - FOTO

Nəqliyyat xəbərləri 01 Sentyabr 2020 | 14:10
OXUNUB: 4496

Bu yaxınlarda, Massaçusets polisinin apardığı əməliyyat zamanı, 45 avtomobildən ibarət kolleksiya aşkar edilib. Kolleksiyanın aşkar edilməsinə, marixuananın qeyri-qanunu dövriyyəsinin qarşısının alınması məqsədilə aparılan iri miqyaslı əməliyyat səbəb olub.

Carscoops saytının bildirdiyinə görə, 21 avqust tarixində Nyu Salem şəhərinin sakini Kori Telyolun idarə etdiyi furqonu saxlayan polislər, avtomobilin içərisində 62 kiloqram marixuana aşkar ediblər. Şübhəlinin evində aparılan yoxlama zamanı marixuana dolu altı kisə, bir milyon dollar nağd pul və 24 silah ilə yanaşı, 45 avtomobildən ibarət olan kolleksiya aşkar edilib. 

Dəbdəbəli malikənəyə çevrilmiş yanğınsöndürmə deposunda saxlanılan avtomobillərin arasında səkkiz ədəd nadir tapılan Toyota Mk4 Supra sportkarı və müxtəlif BMW M3 modelləri aşkar olunub. Avtomobiilərin arasında Nissan Skyline, Mitsubishi Lancer Evo modelləri də vardır.

Yerli KİV-lərin bildirdiyinə görə, polis 41 yaşlı Kori Teylorun idarə etdiyi furqonda 62 kiloqram marixuana ilə yanaşı, FedEx forması və kastetlər də tapılıb. 

 

Autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man