“Tesla” “autopilot” rejimində polis avtomobilinə çırpılıb - FOTO

Nəqliyyat xəbərləri 29 Avqust 2020 | 19:10
OXUNUB: 2073

ABŞ-da hərəkətdə olan “Tesla Model S” elektrikli maşını yarı avtomatik “autopilot” rejimində polis avtomobilinə çırpılıb. Avtosfer.az xəbər verir ki, hadisə Şimali Karolina ştatının Neş dairəsində qeydə alınıb. Bu barədə “Electrek” portalı məlumat yayıb.

Məlumata görə, şəxsi avtomobilində qəzaya düşən həmkarının köməyinə gələn polis əməkdaşı xidməti maşını yol kənarına park edərək onun yanına gedib. Bu zaman “Tesla Model S” markalı maşın polis avtomobilinə çırpılıb. Zərbənin təsirindən patrul maşını yol kənarına düşüb və nəticədə ciddi xəsarət alanlar olmayıb.

“Tesla”nın sürücüsü etiraf edib ki, o, idarəetməni avtomobilin elektronikasına etibar edərək smartfonda filmə baxıb.   

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man