İki milyonluq nadir “Aston Martin” qaçırıldı; tapana mükafat veriləcək - FOTO

Nəqliyyat xəbərləri 28 Avqust 2020 | 13:19
OXUNUB: 2620

İngiltərədə ən nadir klassik kupe “Aston Martin DB5” qaçırılıb. Avtosfer.az xəbər verir ki, bu model Ceyms Bondun ən tanınmış avtomobillərindən hesab edilir, belə ki, onun nüsxələrindən biri, 1964-cü ildə baş rollarda Şon Konnerin də oynadığı “Qoldfinqer” filmində çəkilib.

Məlumata görə, 1965-ci ilə aid bu modeldən isə cəmi 123 nüsxə istehsal olunub, onun qiyməti 1 milyon funt sterlinqdir (2,253,900 manat).

Bildirilir ki, avtomobil bu ilin iyulun 18-də Çeşir qraflığında yerləşən Uilmslou şəhərindən qaçırılıb.

Müstəntiqlər oğurlanan avtomobili ingilis tarixinin bir parçası və Ceyms Bondla ayrılmaz şəkildə əlaqəli olan milli xəzinə kimi dəyərləndiriblər.

Avtomobillə bağlı hər hansı bir məlumat verənə, istintaqçılar 1 000 funt sterlinq məbləğində  mükafat da təklif edib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man