Şirkət 104  “Bentley Bentayga”nı geri çağırır – Yanğın baş verə bilər

Nəqliyyat xəbərləri 24 Avqust 2020 | 15:44
OXUNUB: 2680

“Bentley”nin rəsmi nümayəndəsi “Volkswagen Group Rus” MMC, Rusiya bazarlarından 104  “Bentayga” modelini geri çağırır. Avtosfer.az  “Rosstandart” portalına istinadən xəbər verir ki, bu, 2018 - 2020-ci illər ərzində realizə edilən avtomobillərə şamil edilir.

Məlumata görə, çağırışa səbəb, avtomobil işləyən zamanı, mühərrik bölməsində olan yanacaq xəttinin tez sökülən muftası, yüksək temperatura məruz qala və nəticədə, onun olduğu material yumşalaraq yanacaq sızmasına gətirib çıxara bilər.

Nasazlıq aradan qaldırılmazsa, nəqliyyat vasitəsində yanğın təhlükəsi riski artar.

Şirkət, avtoservisə düşən maşınların, mütəxəssislər tərəfindən yoxlanılaraq, yanacaq xəttinin tez sökülən muftasının dəyişdiriləcəyini  və zəruri hal yaranarsa radiator yelləyənə nəzarət proqramını yeniləyəcəklərini bildirib.

Qeyd edək ki, təmir işlərinin avtomobil sahibləri üçün pulsuz həyata keçiriləcəyi də vəd olunur.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man