“BMW” 417 ədəd “X6” krossoverini geri çağırır

Nəqliyyat xəbərləri 23 Avqust 2020 | 15:07
OXUNUB: 2111

“BMW” şirkəti Rusiya bazarlarından 417 ədəd “X6” və “X6 M” krossoverini geri çağırır. Avtosfer.az xəbər verir ki, servis aksiyasına 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər satılmış avtomobillər düşür. Bu barədə “Rosstandart” məlumat yayıb.

Məlumata görə, çağırışa səbəb maşınların arxa spoylerində yarana biləcək nasazlıqdır.

Bildirilir ki, əgər nasazlıq aradan qaldırılmazsa, yüksək sürət  zamanı spoyler kronşteyndən ayrıla bilər və bu da, hava axınının yaratdığı tıqqıltı səsinin gəlməsinə gətirib çıxaracaq.

“BMW”, potensial qüsurlu nəqliyyat vasitələrinin sahiblərinə, xidmətə gəlmələri barədə məlumat verəcək.

Bundan əlavə, avtomobilin təmirə düşüb-düşməməsi barədə isə, VIN-nömrələrini “Rosstandart” portalında dərc edilən siyahıda yoxlaya bilərlər.

Servis mərkəzlərinə çağırılan avtomobillərin arxa spoylerlərinin bərkidilməsi yoxlanılacaq və lazım olduğu halda dəyişdiriləcək.

Bütün işlər pulsuz həyata keçiriləcək.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man