Etiraf etmək lazımdır ki, bu, ilk belə hal deyil. Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru bu barədə “Sherg.az”a fikirlərini bildirib. Onun sözlərinə görə, bu, yeni problem deyil: “Biz illərdir, həmin məsələ haqqında danışırıq. Elə bir sürücü tapılmaz ki, oxşar hallarla qarşılaşmasın. Yanacaqdoldurma məntəqələri gözümüzə baxa-baxa “cibimizə girir”. Özü də korrupsiya ilə mübarizənin bu qədər gücləndiyi bir vaxtda. Yanacaqdoldurma məntəqələri illərdir, milyardlarla vəsait oğurlayırlar, amma onlara qarşı heç bir tədbir görülmür.
Sadəcə yiyəsiz, sahibsiz yanacaqdoldurma məntəqələri bağlanır, digərləri isə fəaliyyətini yenə də davam etdirir. SOKAR müntəzəm olaraq açıqlama verir və bildirir ki, yanacaqdoldurma məntəqələrinə keyfiyyətli benzin satılır.
Deməli, həmin məntəqələr özləri nə isə bir dələduzluq edirlər. Hər halda hüquq mühafizə orqanları belələrinə qarşı sərt tədbirlər görməli və onları cəzalandırmalıdır. Bu, o qədər də böyük araşdırma tələb etmir. Hər şey gün kimi aydındır”.
E.Muradlı, həmçinin yanacaqların keyfiyyəti məsələsinə də toxunub: ““Azpetrol”, “Lukoil” kimi yanacaqdoldurma məntəqələri hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar. Dediyim kimi, hüquq-mühafizə orqanları məsələni nəzarətə götürməlidir. Lakin problem bununla bitmir. Bizim xaricə satdığımız yanacaqdan hər kəs razıdır. Di gəl ki, növbə özümüzə çatanda vəziyyət dəyişir. Məlum olduğu kimi, biz xaricdən yalnız 95 markalı, prenium benzin alırıq. Ölkəmizdəki sürücülərin əksəriyyəti isə yerli istehsal olan 92 markalı benzindən istifadə edir.
Deməli, keyfiyyətli məhsulu əcnəbiyə, keyfiyyətsizi özümüzünkünə satırıq. Nəticədə 5-6 aydan sonra maşında nasazlıq yaranır, qəribə səslər çıxır. Ustalar da təsdiqləyir ki, problem benzinin keyfiyyətindədir.
Danışmaqla, müzakirə etməklə hansısa nəticə əldə etmək ümkün deyil. Nəzarət və cəza mexanizmi işə düşməlidir”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man