Azərbaycanda siqaretə görə ağır yol qəzası baş verdi, 3 nəfər ağır yaralandı
Nəqliyyat xəbərləri09 Avqust 2020 | 00:54
OXUNUB: 5675
Bakı-Şamaxı magistral avtomobil yolunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə magistral yolun 20-ci km-də qeydə alınıb. Belə ki, sürücü siqaret çəkmək üçün avtomobilini yolun kənarında park vəziyyətdə saxlayıb. Bu zaman arxadan gələn yük avtomobili minik avtomobilinə çırpılıb.
Hadisə zamanı 5 yaşlı Kərimov Yusif Rüfət oğlu, 1962-ci il təvəllüdlü Qarayeva Xuraman Atamoğlan qızı, 1983-cü il təvəllüdlü Acanov Vüsal Azad oğlu ağır bədən xəsarətləri alıblar.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı Y.Kərimova qapalı kəllə-beyin travması, sol qamış sümüyünün yerdəyişən sınığı və təpə-ənsə nahiyəsinin cırılmış yarası, X.Qarayevaya qapalı kəllə-beyin travması və təpə-ənsə nahiyəsinin cırılmış yarası, V.Acanova isə qapalı kəllə-beyin travması, baş nahiyəsinin cırılmış yarası diaqnozları qoyulub.