Ronaldu 8 milyon avroya “Bugatti Centodieci” aldı - FOTO

Nəqliyyat xəbərləri 31 İyul 2020 | 14:08
OXUNUB: 2848

“Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldu avtomobil kolleksiyasına yeni maşın əlavə edib. Avtosfer.az xəbər verir ki, portuqaliyalı 8 milyon avroya “Bugatti Centodieci” alıb. Bu barədə “Tuttosport” yazıb.

Məlumata görə, “Bugatti Centodieci” məhdud kolleksiyalı avtomobillərdəndir. Fransız şirkəti belə modeldən cəmi 10 ədəd istehsal edəcək. Modelin buraxılışı, markanın yaranmasının 110 illiyinə təsadüf edir.

Bildirlir ki, maşın 100 km/saatı 2,4 saniyəyə yığır, onun maksimal sürəti 380 km/saatdır.  

Ronaldu, bu avtomobili “Juventus”un A seriyasındakı qələbəsi şərəfinə aldığını, ancaq avtomobili yalnız 2021-ci ildə alacağını söyləyib.

Qeyd edək ki, Ronaldu "Yuve"nin çempionatdakı qələbəsindən sonra 6 milyon avroya yaxta da alıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man