DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atasıdır - VİDEO

Nəqliyyat xəbərləri 06 İyul 2020 | 15:28
OXUNUB: 13745

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb. Avtosfer.az xəbər verir ki, videoda adı çəkilən Nurupaşa Abdullayev 2016-cı ildə Bakıda 20 yol polisi maşınından qaçaraq avtoxuliqanlıq edən, 2017-ci ildə isə qeyri-müəyyən səbəbdən ölən Nicat Abdullayevin atasıdır. Nicat Abdullayev həbs ediləndə atası Nurpaşa Abdullayev onu xilas etmək üçün polislərə təzyiqlər göstərməyə çalışmışdı.

Azərbaycan Dillər Universitetini bitirən Nicat Abdullayev həm də ailənin tək övladı idi. O, avtoxuliqanlığa görə dəfələrlə məhkum olunmuşdu. Atası onun əlindən avtobili alsa da, dost-tanışın maşınını götürüb öz əməllərini təkrar edirdi.

Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olmuşdu.

Nicat Abdullayevin atası Nurupaşa Abdullayev Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi idi. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurupaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man