“Volvo Cars” 2,1 milyon avtomobilini geri çağırır – Səbəb təhlükəsizlik kəməridir

Nəqliyyat xəbərləri 01 İyul 2020 | 20:31
OXUNUB: 3248

İsveç şirkəti “Volvo Cars” dünya üzrə 2,1 milyon avtomobilini geri çağırır. Avtosfer.az xəbər verir ki, buna səbəb təhlükəsizlik kəmərindəki qüsurdur. Bu barədə “SVT” telekanalı məlumat yayıb.

Məlumata görə, çağırışa 2006-2019-cu illər ərzində istehsal edilən S60, S60L, S60CC, V60, V60CC, XC60, V70, XC70, S80 və S80L modellərinə şamil edilir.

Bildirilir ki, ön oturacaqlarda təhlükəsizlik kəmərlərinin bərkidilməsində polad burazı zəifləyə və bu da qəza zamanı qoruyucu təsiri azalda bilər.

Bundan əlavə, artıq sözü gedən nasazlıq yaralanmaya səbəb olub. Ancaq “Volvo”, çağırışı gələcəkdə oxşar hadisələrin qarşısını almağa yönəlmiş "profilaktik tədbir" adlandırdı.

Qeyd edilir ki, avtomobillərin 412 mini İsveçdə, qalan 1,7 milyonu isə bütün dünyada idarə edilir.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man