“BMW” 6 mindən çox əməkdaşını ixtisar etmək niyyətindədir

Nəqliyyat xəbərləri 19 İyun 2020 | 21:06
OXUNUB: 5906

BMW avtomobil konserni koronavirusla bağlı böhran səbəbindən 6 mindən çox əməkdaşını ixtisar etməyi planlaşdırır. Artıq ixtisar üçün 6 min ştat müəyyən olunub. Konsern bundan başqa müvəqqəti müqavilə ilə çalışan işçilərin xidmətindən də imtina edəcək. Beləliklə, işdən çıxarılanların ümumi sayı 10 min nəfərə yaxın olacaq. İxtisarlar könüllülük əsasında həyata keçiriləcək və əsasən yaşlı insanlara təsir edəcək.

Nəşrin məlumatına əsasən, BMW digər avtomobil konsernlərinin yolu ilə gedir. Belə ki, “Daimler” 15 min, “Audi” isə 9,5 min əməkdaşını ixtisar etməyə hazırlaşır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Avropa İttifaqında minik avtomobillərinə tələbat 41,5 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, bu dövr ərzində avtomobil satışlarının həcmi İspaniyada 54,2 faiz, İtaliyada 50,4 faiz, Fransada 48,5 faiz, Almaniyada isə 35 faiz aşağı düşüb. (Azərtac)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man