Rusiyanın Kemerov əyalətində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyunun 16-da səhər saatlarında “Belovo – Konovalov – Prokopıev” yolunun 17-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, 21 yaşlı sürücü idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olan zaman, naməlum səbəblərdən yolun əks zolağına çıxaraq qarşıdan gələn “Toyota Windom” markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü, “Priora”da iki, “Toyota”da isə 3 sərnişin olmaqla, ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, “Lada”nın sürücüsünün avtomobil idarə etmək hüququ olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man