Bakıda bu gün elan olunmuş sərt karantin rejimini kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, kimliyi hələlik məlum olmayan sürücü paytaxtın Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində ağ rəngli "Hyundai" markalı avtomobil ilə avtoxuliqanlıq edir. Küçənin boş olmasından istifadə edən şəxs müxtəlif təhlükəli manevrlər törədir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi yayılan video ilə bağlı araşdırma aparır. Hazırda sürücünün kimliyi müəyyən edilir. Yaxın saatlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Videonu təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man