Rusiyanın Moskva şəhərində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 14-də axşam saatlarında Moskva Dairəvi Avtomobil Yolunda qeydə alınıb.
Məlumata görə, “Lada Largus” markalı minik avtomobilinin sürücüsü hərəkətin əks istiqamətində irəliləyərək, yolun 69-cu kilometrliyində qarşıdan gələn “SsangYoung” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən damı üstə çevrilən “Lada”, daha sonra hərəkətdə olan “Skoda”ya çırpılıb.
Qəza nəticəsində “Lada Largus” alışıb və salonunda sıxıl vəziyyətdə qalan sürücü diri-diri yanıb. “Skoda”nın qadın sürücüsünün isə ayağı sınıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man