Vyetnamda “VietJet Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxıb. Avtosfer.az xəbər verir ki, insident iyunun 14-də Hoşimine şəhərində yerləşən “Tanşonnyat” beynəlxalq aeroportunda qeydə alınıb.
Yerli KİV-in verdiyi məlumata görə, təyyarə Fukuko adasından “VJ322” yerli reysini həyata keçirib.
Bildirilir ki, güclü yağış şərtlərində enişə keçən layner, hələlik naməlum səbəblərdən uçuş-eniş zolağından kənara çıxaraq palçıqda ilişərək qalıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hava gəmisinin şassilərindən birinə ciddi ziyan dəyib.
Fövqəladə vəziyyətə görə, hava limanının rəhbərliyi iki uçuş-enmə zolağından birini bağlamağa məcbur olub.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man