Rusiyanın paytaxtı Moskvada motosikletli Yol Patrul Xidmətinin (YPX) əməkdaşının yol qəzasına düşmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Mosfilim” küçəsində qeydə alınıb.
Məlumata görə, YPX əməkdaşı motosikleti ilə yol hərəkəti qaydalarını pozan sürücünü təqib edən zaman, yol kəsişməsində anidən manevr edən “taksi” fəaliyyəti göstərən avtomobilə çırpılıb.
Zərbənin təsirindən motosiklet hissələrə ayrılıb.
Qəza nəticəsində polis əməkdaşı avtomobilin üzərindən uçaraq səki daşları ilə əhatə olunan təhlükəsizlik adacığı düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, hazırda onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man