Bəzən sürüclərin məsuliyyətsizliyi onların cərimələnməsinə gətirib çıxarır – RƏY

Nəqliyyat TV 08 İyun 2020 | 11:06
OXUNUB: 1022

Ekspert: “Bu gün sürücülər onun əziyyətini çəkir”​

​Pandemiya dövründə Bakı Nəqliyyat Agentliyi (BNA)​ tərəfindən parklanma ilə bağlı güzəştlər müəyyən edildi. Belə ki, bu vaxt dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə hər hansı cərimə tətbiq olunmur, avtomobillərin evakuasiyası halları baş vermirdi.

Karantin rejimi yumuşaldıldıqdan sonra isə dayanma-durma və parklanma ilə bağlı cərimələr yenidən tətbiq olunmağa başladı. Qanunsuz parklanmaya edilən güzəştin ləğv olunması yollardakı vəziyyətə necə təsir etdi?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Editor.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, parklanma ilə bağlı güzəştlərin edildiyi dövrdə küçələrdə nəqliyyat vasitələrinin sayı az idi və çox sayda problemlər müşahidə olunmurdu:

“Karantin ilə bağlı müəyyən yumuşalmalar nəticəsində küçələrdə və yollarda avtomobillərin sayı artı ki, bu da müəyyən xaotik vəziyyət yaratdı. Hətta yolun ikinci cərgəsində avtomobillərin park edilməsi kimi hallar müşahidə olunurdu. Bu isə mübarizə tədbirlərinin mütəmadi şəkildə davam etdirilməli olduğunu sübut etdi. Mayın 1-dən isə BNA parklanma ilə bağlı güzəştləri ləğv etdi. ​Bu gün BNA qanunsuz parklanmaya nəzarəti həyata keçirir”.

Ekspertin sözlərinə görə, BNA-nın parklanma üçün şərait yaratmaması ilə bağlı bəzi fikirlər səsləndirilir: “Qeyd etməliyik ki, artıq təmir olunan bəzi küçə və yollarda parklanma üçün şərait yaradılır. Bu küçələrdə ciblər qoyularaq çıxıntılar şəklində parklanmaya imkan verilir. Bəzən yol hərəkəti qaydalarını anlamayan və yol hərəkətinin təşkilindən xəbərsiz olan sürücülər bunu tənqid edirlər. Lakin şəhər infrastrukturunun verdiyi imkanlar yalnız bu çərçivədədir. Oradakı bina və yaşayış obyektlərini BNA tikməyib. Bu obyektlərin tikintisinə icra orqanları və bələdiyyələr qanunsuz şəkildə imkan yaradıb. Vaxtında nəzarət olunmadığı üçün belə bir xaotik şəkildə şəhərsalma prosesi gedib. Bu gün biz sürücülər də onun əziyyətini çəkirik”.

E. Muradlı BNA-nın az imkanlar çərçivəsində çox işlər görıməyə çalışdığını və müəyyən nəticələr əldə etdiyini vurğulayıb: “Bəzi küçələrdə hərəkətin intensivliyi təmin edilir və müsbət dəyişikliklər baş verir. Bütün bunların fonunda sürücülər də qaydalara əməl etməldirlər. İcazə verilməyən yerlərdə avtomobillərini park edən sürücülər cərimə olunacaqlarını bilməlidir. Bəzən sürüclərin öz tənbəlliyi və məsuliyyətsizliyi onların cərimələnməsinə gətirib çıxarır. Çünki bəzi hallarda 100-200 m kənarda normal parklanma yerləri mövcud olur. Bəzi sürücülər isə səkidə, yolun ikinci cərgəsində, piyada keçidinin üzərində avtomobillərini park edirlər. Cərimələrin bərpa olunması tıxaclar müşahidə olunan bəzi küçələrdə hərəkətin intensivliyinə müsbət təsir göstərir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man