Saxta nömrəli maşınla "şou" göstərib qəza törədən sürücünün - VİDEOsu

Nəqliyyat TV 05 İyun 2020 | 14:56
OXUNUB: 9526

İki gün əvvəl "AMAY" ticarət mərkəzinin qarşısında baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki,  Xətai rayon sakini Elvin Habil oğlu İsmayılov "VAZ 2107" markalı avtomobilin arxa hissəsinə "KİA Sportage" markalı maşına məxsus dövlət nömrə nişanı vurub. Avtomobilin ön hissəsində isə nömrə olmayıb. Sürücü hərəkətdə olan zaman yol polisi əməkdaşlarının saxla idarəsinə tabe olmayıb. Yolda təhlükəli manevrlər edib və daha sonra nəqliyyat axınına qarşı hərəkət edir. Nobel prospektində isə "Mercedes" markalı avtomobil ilə toqquşur. Maşından düşüb qaçmağa cəhd edən zaman isə polis əməkdaşları tərəfindən saxlanılır.  Avtomobil qaçırma, narkotik vasitələrdən istifadə və avtoxuliqanlıq edən sürücü Xətai rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs olunub  və 1 il sürücülük hüququndan məhrum edilib. 
Qeyd edək ki, sürücü əvvəllər də xuliqanlıq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man