Təmirdən çıxan avtomobil yolun ortasında alışıb yandı - VİDEO

Nəqliyyat TV 03 İyun 2020 | 17:26
OXUNUB: 1580

Türkiyənin İstanbul şəhərində təmirdən çıxan avtomobil yanıb. Avtosfer.az xəbər verir ki, insident iyunun 3-də Maltəpə rayonunda qeydə alınıb. Bu barədə DHA agentliyi məlumat yayıb.

Məlumata görə, 06 FG 0002 qeydiyyat nömrə nişanlı minik avtomobili təmir edildikdən sonra yoxlamaya çıxarılıb. Avtomobil hərəkətdə olarkən altı hissəsi qəfildən alovlanmağa başlayıb.

Digər sürücülərin xəbərdarlığından sonra ustalar maşını yolun sağına çəkərək salonu tərk ediblər. 

Avtoservis işçiləri və digər sürücülər yanğınsöndürmə balonu ilə yanğına müdaxilə etməyə çalışsalar da, alovlar qısa müddətdə avtomobili bürüyüb.

Daha sonra hadisə yerinə yanğınsöndürmə və polis əməkdaşları cəlb ediliblər. 

Yanğın, yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Lakin yanğın söndürülsə də avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man