Sərxoş sürücü iki yaşlı uşağı vurub qaçdı; bir müddət sonra avtomobili yandı - VİDEO

Nəqliyyat TV 28 May 2020 | 13:06
OXUNUB: 2139

Rusiyanın Krasnoyarsk diyarında polis, iki yaşlı oğlanı avtomobillə vurub qaçan sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Qoryaçeqorsk qəsəbəsində qeydə alınıb. Bu barədə Rusiya DİN-nin rəsmi nümayəndəsi İrina Volk bildirib.

İrina Volkun sözlərinə görə, oğlan qardaşları ilə birgə analarının yaxınlığında səkidə gedirlərmiş.

İlkin məlumatlara görə, bu zaman yolda yüksək sürətlə minik maşını hərəkət edib. Sürücü avtomobili hərəkət hissəsindən çevirərək uşağın üstünə sürüb, bundan sonra isə həmin sürətlə də hadisə yerini tərk etməyə çalışıb. Ancaq o, bunu etməyə müvəffəq olmayıb. Belə ki, qəza yerindən uzaqlaşdıqdan 1 kilometr sonra avtomobil qəfildən yanmağa başlayıb.

Sürücüyə yanan maşından ətrafdakılar kömək ediblər. Daha sonra polis əməkdaşları onu saxlayıb.

Araşdırma zamanı, sürücünün sərxoş olduğu və avtomobili sürücülük vəsiqəsiz idarə etdiyi məlum olub.

“Yaralı oğlan xəstəxanaya çatdırılıb, ona lazım olan bütün tibbi yardım göstərilib” – İrina Volk söyləyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man