“Qazel” “qırmızı”dan keçən “təcili yardım”ı aşırtdı; 5 nəfər xəsarət alıb - VİDEO

Nəqliyyat TV 27 May 2020 | 16:35
OXUNUB: 1987

Mayın 25-də Rusiyanın Ryazan şəhərində “Qazel”lə “təcili tibbi yardım” maşınının iştirakı ilə baş verən yol qəzasının görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə “Esenina” küçəsində qeydə alınıb.

Kadrlarda, “təcili tibbi yardım” avtomobilinin sürücüsü xüsusi sayrışan işıqları (miqalka) yandıraraq svetoforun qadağan edici siqnalından keçdiyi və bu zaman yolun solundan gələn “Qazel” markalı mikroavtobusun ona çırpıldığı görülür. Zərbənin şiddətindən “təcili tibbi yardım” aşır.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində “təcili tibbi yardım”ın həkimi, iki feldşeri və hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarətlər alıblar.

Bildirilir ki, “təcili tibbi yardım” maşını, infarkt keçirən şəxsin çağırışına tələsirmiş.

 

Namiq Musayev

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man