Əks zolağa çıxan “Volqa” “Toyota” ilə kəllə-kəlləyə toqquşdu; 2 ölü, 4 yaralı – ANBAAN VİDEO

Nəqliyyat TV 26 May 2020 | 10:16
OXUNUB: 1436

Rusiyanın Sverdlovsk əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 24-də Boqdanoviç rayonu ərazisində qeydə alınıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyini Mətbuat Xidmətinin Regional qrupundan məlumat verilib. 

Məlumata görə, 1957-ci il təvəllüdlü sürücü idarə etdiyi “Volqa” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını yerinə yetirib və bu zaman yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “Toyota Land Cruiser”lə toqquşub. Qəza nəticəsində “Volqa”nın sürücü ilə qadın sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. “Volqa”nın daha bir sərnişini və “Toyota”da olan 3 nəfər, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Baş verən qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb.

 

Namiq Musayev 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man