Polis təqibindən qaçan sərxoş qadın 20 yaşlı sürücünü öldürdü - VİDEO

Nəqliyyat TV 25 May 2020 | 20:09
OXUNUB: 1465

Rusiyanın Murmansk əyalətində sərxoş qadın ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə Apatitax şəhərində qeydə alınıb.

Məlumata görə, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları 36 yaşlı qadının idarə etdiyi “Mitsubishi” markalı avtomobili saxlayıb. Ancaq alkoqol qoxusunun gələcəyindən qorxan sürücü avtomobili hərəkət etdirərək oradan uzaqlaşıb. Bundan sonra təqib başlayıb. Təqib zamanı yüksək sürətlə irəliləyən “Mitsubishi”, döngədə sürücünün idarəetməsindən çıxaraq qarşı zolaqdan gələn “SsangYong”la toqquşub.

Qəza nəticəsində “SsangYong”un 20 yaşlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 18 yaşlı qız sərnişini isə zərbənin təsirindən avtomobilin salonundan uçaraq asfalta çırpılıb və yaralanıb. Qəzanın səbəbkarı və 18 yaşlı qız, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man