Qaydanı pozan sürücü ağır yol qəzasına səbəb oldu - VİDEO

Nəqliyyat TV 16 May 2020 | 12:11
OXUNUB: 2036

Türkiyənin Antalya şəhərində motosikletin və avtomobilin iştirakı ilə baş verən qəza təhlükəsizlik kamerası tərəfində görüntülənib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə D-100 avtomagistralının Alanya rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 22 yaşlı Kərəm Özdəmir idarə etdiyi 07 ABM 397 qeydiyyat nömrə nişanlı motosikletlə hərəkətdə olarkən, yol hərəkəti qaydalarının tələblərini pozaraq yolun sağına keçməyə çalışan, Muhsin Y.-nin (58) idarə etdiyi 07 VİA 33 qeydiyyat nişanlı avtomobillə toqquşub.

Zərbənin təsirindən motosikletin sürücüsü, olduğu yerdən təxminə 5 metr havada uçaraq betondan olan su drenajının üzərinə düşüb.  

Qəza nəticəsində ayaqlarında və qollarında qırıq xəsarətləri alan Özdəmir, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man