Rusiyanın Samara şəhərində karantin qaydalarına riayət etməyən sərnişini avtobusdan çölə atıblar. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident mayın 15-də səhər saatlarında baş verib.
İddiaya görə, avtobusun konduktoru, salona maskasız daxil olan yaşlı qadına xəbərdarlıq edib. Qadın əhəmiyyət verməyərək avtobusa minib. Konduktor bu dəfə oturacaqda maskasız əyləşən qadından avtobusu tərk etməsini tələb edib, ancaq o, yenə əhəmiyyət verməyib. Bundan sonra avtobusun tərpənmədiyini görən kişi sərnişinlərdən biri, qadını oturacaqdan durğuzaraq salondan küçəyə itələyib.
Şahidlər hadisəni görüntüləyərək, videonu sosial şəbəkədə yayımlayıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man