Kişi ayrıldığı həyat yoldaşının avtomobilini yandırdı - VİDEO

Nəqliyyat TV 15 May 2020 | 20:31
OXUNUB: 1251

Rusiyanın Kamçatka diyarında kişi keçmiş həyat yoldaşının avtomobilini yandırıb. Avtosfer.az xəbər verir ki, insident Petropavlovsk şəhərinin Rıbakov prospektində qeydə alınıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka regional qrupundan məlumat verilib. Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, şəxsin “Nissan” markalı avtomobilin üzərin benzin tökərək yandırdığı görülür. Yanğın əsnasında partlayış da baş verir.

Bundan sonra 26 yaşlı qadın polis bölməsinə gedərək şikayətçi olub. O, əməkdaşlara keçmiş əri tərəfindən təhdid edildiyini və sonra da maşınını yandıraraq qaçdığını bildirib.

Asayiş keşikçiləri 26 yaşlı şəxsin yerini müəyyənləşdirərək onu yaxalayıblar.

Sorğu-sula zamanı “intiqamçı”, avtomobilin təmirinə və baxımına xeyli pul xərclədiyini və boşandıqdan sonra isə qadına pul əvəzinə maşını verməsini söyləyib. Ancaq qadın razılaşmayıb və aralarında mübahisə yaşanıb. Cinayətkar da intiqam almaq üçün avtomobilə ziyan vurmaq qərarına gəlib və nəqliyyat vasitəsini yandırıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man