Oreqona polisi sərxoş sürücünü oğlunun yanında gülləldi; sonra isə görüntüləri yayımladı - VİDEO

Nəqliyyat TV 14 May 2020 | 19:20
OXUNUB: 1117

ABŞ-da Oreqona polisi “kalaşnikov”la  silahlanmış sərxoş sürücü ilə atışma görüntülərini yayımlayıb. Avtosfer.az xəbər verir ki, insident Klamat-Folse şəhərində qeydə alınıb.

Məlumata görə, şahidlər, sərxoş sürücünün azyaşlı oğlanı öz avtomobilinə oturtduğunu görüb polisə xəbər veriblər.   

Patrul maşınının gəldiyini görən şəxs qaza basaraq qaçmağa çalışıb. Ancaq polislər avtomobili yola sərilmiş dəmir dişli lent sayəsində saxlaya biliblər. Qaça bilməyəcəyini anlayan sürücü yanında gəzdirdiyi “АК-47” markalı avtomatdan patrul nəfərlərinə bir neçə əl atəş açıb. 

Hüquq-mühafizə orqanları əməkdaşları cavab atəşi ilə, onu 6 yaşlı oğlunun yanında güllələyərək öldürüblər.

Bildirilir ki, atışma zamanı polislərdən biri xəsarətlər alıb, o, xəstəxanaya yerləşdirilib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man