Əvvəl yolunu kəsdi, sonra dəmir boru ilə hücum etdi: Bakıda ŞOK VİDEO

Nəqliyyat TV 12 May 2020 | 21:59
OXUNUB: 4366

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün xuliqanlıq etməsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə 12 may, saat 16:39 radələrində Sabunçu rayonu, Zabrat yolunda qeydə alınıb.

99 AF 375 dövlət nömrə nişanlı, üzərində taksi olan avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edir. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün önünə çıxır. Sürücü ona zolağına qayıtmasını bildirir. Bu zaman avtomobildən düşən qayda pozan sürücü təkidlə ona yol verilməsini tələb edir. Etiraz ilə qarşılaşandan sonra isə avtomobilə qayıdaraq dəmir boru götürür və digər sürücüyə hücum çəkir. Taksidə əyləşən yaşlı sərnişinin müdaxilə etməsindən sonra geri çəkilən şəxs sürücünü təhdid də edir.

Ümid edirik ki, Daxili İşlər Nazirliyi məsələni araşdıraraq müvafiq tədbirlər görəcək. Videonu təqdim edirik:

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man