Döngəyə sürətlə girən motosiklet betona çırpıldı; sürücü körpüdən düşdü - VİDEO

Nəqliyyat TV 12 May 2020 | 10:17
OXUNUB: 1223

Kanadada hərəkətdə olan motosikletçinin körpüdən düşməsi təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə Monreal şəhəri yaxınlığında qeydə alınıb.   

Yük maşınının video qeydiyyatına düşən kadrlarda, motosikletçinin yüksək sürətlə hərəkət etdiyi və bu zaman döngədə sükan idarəetməsini itirdiyi görülür. Ardınca ikitəkərli nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılır, sürücü isə körpüdən aşağı düşür.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletçiyə ilk tibbi yardımı hadisə şahidi ilə polis əməkdaşları göstərib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Polisin araşdırması zamanı müəyyən edilib ki, motosikletçinin nə sürücülük vəsiqəsi, nə də ki, motosikleti qeydiyyatda olub.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man