"Protiv" gedən "Porshe" sürücüsü "yol mənimdir, çəkilin" deyir - VİDEO

Nəqliyyat TV 11 May 2020 | 17:09
OXUNUB: 1655

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Bu barədə Avtosfer.az-a oxuculardan biri müraciət edərək bildirib ki, Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə çıxaraq gələn 99 SN 722 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobilin sürücüsü təhlükə yaradıb. Ona etiraz etdikdə isə kobudluq edərək "yol mənimdir çəkil" deyərək davam edib.


Qeyd edək ki, həmin ərazidə yol sağa istiqamətlənir və sürücülər Balandin küçəsi ilə hərəkəti davam etdirməlidir. Lakin həmin qanuni yol qismən uzun olduğu üçün bəzi sürücülər 300 metr artıq getmək əvəzinə "protiv" girərək təhlükə yaradır. 


Qeyd edək ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə uyğun olaraq 100 manat və 3 bal cərimə olunmalıdır.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man