“Mercedes”in TIR-la toqquşub əzik-əzik olduğu qəzadan görüntülər - VİDEO

Nəqliyyat TV 10 May 2020 | 11:50
OXUNUB: 1853

Rusiyanın Ryazan əyalətində sürücünün törətdiyi ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə P-22 trasının Aleksandro Nevsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Kadrlardan, “Mercedes” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını yerinə yetirdiyi və bu anda əks zolaqdan kələn bitum daşıyan TIR-la toqquşduğu görülür. Zərbənin təsirindən “Mercedes” eyni istiqamətdə hərəkətdə olan başqa bir avtomobilə çırpılır.

Qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər minik avtomobilinin 2 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırmaların aparıldığı bildirilib.

 

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man