Rusiyanın Sankt-Peterburq şəhərində polisin əmrinə tabe olmayaraq qaçan avtomobili silahdan atəş açaraq saxlama görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident mayın 8-də səhər saatlarında Parqolov qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, ərazidə xidmət aparan patrul əməkdaşları “Jaguar S-Type” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü əmrə tabe olmayaraq yoluna davam edib. Bundan sonra təqibə başlayan asayiş keşikçiləri, bir müddət sonra silaha əl atmağa məcbur olublar. Avtomobili dayandırmaq üçün onun arxa təkərlərinə 15 əl atəş açan polis, nəhayət nəqliyyat vasitəsini saxlamağa nail olub.
Aparılan araşdırma zamanı avtomobilin sükanı arxasında 33 yaşlı Belarus vətəndaşının olduğu müəyyən olunub. Müayinə zamanı onun sərxoş olduğu və maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi də məlum olub.
Belaruslu barəsində inzibati qaydada protokol tərtib edilərək, cərimə tətbiq olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man