Qətərin paytaxtında iki təyyarənin toqquşma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Doha hava limanında qeydə alınıb.
Məlumata görə, yağışla müşahidə olunan güclü külək, “Qatar Airways” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsini platformada sürükləməyə başlayıb. Bir neçə müddət sonra isə hava gəmisi eyni adlı şirkətə məxsus “Airbus A350” tipli təyyarəyə çırpılıb.
Bildirilir ki, qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb, hər iki təyyarə yüngül zərər görüb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man