Rusiyanın Moskva şəhərində 20 yaşlı sürücünün törətdiyi ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Leninqrad prospektində qeydə alınıb.
Kadrlarda, “Skoda” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olduğu və bu zaman sürücünün sükan idarəetməsini itirərək yoldan çıxdığı görülür. Bundan sonra isə avtomobil yeraltı piyada keçidinin divarına çırpılır. Zərbənin təsirindən “Skoda” havaya qalxaraq qəza törətdiyi yerdən 2 metr kənara düşür.
Hadisə nəticəsində 20 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man