Yol polisi güzəşt edir, Gömrük Komitəsi zülm: Xarici nömrəli maşınlar - VİDEO

Nəqliyyat TV 25 Aprel 2020 | 13:51
OXUNUB: 3129

COVİD-19 virusu ilə əlaqədar olaraq dövlət sərhədlərinin bağlanması Azərbaycanda qalan xarici ölkə vətəndaşları üçün əməlli-başlı problem yaradıb. Avtosfer.az-a müraciət edən Gürcüstan vətəndaşları deyir ki, sərhədlərin bağlı olması ilə əlaqədar olaraq Azərbaycanda qalıblar. Ölkədə qalma vaxtını rüsum ödəyərək artıra bilsələr də idarə etdikləri avtomobilləri Dövlət Gömrük Komitəsi "Meyvəli" adlanan ərazidə dayanacaqda saxlayır. Gündəlik olaraq 1 manat 50 qəpik məbləğində dayanacaq pulu alır. "Yeni dəyişikliklərə əsasən 90 gün müddətində ölkədə avtomobil idarə edə bilərik, sonradan isə depozit qoyub vaxtı 1 ilədək uzatmaq olar. Amma Dövlət Gömrük Komitəsi hələ də köhnə qayda ilə gedir. Mayın 24-ə qədər isə avtomobillər dayanacaqda qalmalıdır. Çünki Gürcüstanda karantin mayın 24-də bitəcək. Hazırda dayanacaqda minlərlə avtomobil var. Hətta yol polisi də karantin dövründə bizə güzəşt edir. Amma Gömrük Komitəsi sanki qəsdən xarici ölkə vətəndaşlarına zülm edir."

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man