Rusiyanın Samara əyalətində avtomobillə polisdən qaçan sərxoş sürücünün törətdiyi qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Sızran şəhərində qeydə alınıb. Kadrlarda, Yol Patrul Xidməti (YPX) əməkdaşının səs gücləndirici vasitəsi ilə “Hyundai” markalı avtomobilin sürücüsünə “saxla” əmri verdiyi, ancaq onun əmrə tabe olmayaraq sürətlə binaların dar həyətyanı yolunda qaçmağa çalışdığı görülür. Bir müddət belə irəliləyən sürücü sonra döngədən dönmək istəyərkən avtomobilini işıq dirəyinə çırpır.
Qəzada ölən və xəsarət alan olmasa da, avtomobilin ön hissəsinə ziyan dəyir.
Bildirilir ki, polisdən qaçan 31 yaşlı sürücü sükan arxasında sərxoş olub.
YPX əməkdaşı onun barəsində inzibati qaydada protokol tərtib edərək cərimələyib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man