Bakıda avtomobil aptekə girib. Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yaşayış binasının altında yerləşən aptekə girib. Qəza zamanı maşına və aptekə ciddi ziyan dəyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib ki, hadisə dünən saat 13:30 radələrində Buzovna-Zaqulba yolunda baş verib: “Belə ki, “Isuzu” markalı, 90-JX-21 dövlət nömrə nişanlı yük maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq, yaxınlıqdakı aptekə çırpılıb.
Məndə olan məlumata görə, qəzaya “Mercedes” markalı avtomobili idarə edən qadın sürücünün ehtiyatsızlığı deyil, “Isuzu” markalı yük maşınının sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man