Xəstə aparan “təcili tibbi yardım” maşını yolda yanıb - FOTO + VİDEO

Nəqliyyat TV 21 Aprel 2020 | 14:25
OXUNUB: 1175

Rusiyanın Tomsk əyalətində “təcili tibbi yardım” maşını yanıb. Avtosfer.az xəbər verir ki, insident aprelin 21-də Svetlıy qəsəbəsində qeydə alınıb.

Məlumata görə, xəstəxanaya xəstə aparan “UAZ” markalı “təcili tibbi yardım” maşını hərəkətdə olarkən naməlum səbəblərdən yanmağa başlayıb. Salonda olan insanlar dərhal maşından düşərək ətrafa dağılışıblar və qəsəbə üzrə yanğınsöndürmə bölməsinə zəng vurublar. Hadisə yerinə gələn yanğınsöndürənlər alovlanan “UAZ”ı söndürüblər, ancaq buna baxmayaraq maşın yararsız vəziyyətə düşüb. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Təxliyə edilən xəstə başqa “təcili tibbi yardım” maşını ilə xəstəxanaya çatdırılıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man