Paytaxtda baş verən qəzanın görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, nizamlanmayan yolayrıcında ikinci dərəcəli yolla hərəkət edən "Toyota" markalı avtomobil baş yolla hərəkət edən "Mercedes" markalı avtomobilə yol vermədiyi üçün qəza baş verib. Sürücünün diqqətsizliyi və yaxud tələskənliyi onun həm zamanını aldı, həm də maddi ziyana saldı.
Ona görə də sürücülər yolda hərəkət edərkən diqqəti yayındıracaq hərəkətdən uzaq durmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir. Yol nişanları ilə üstünlük müəyyən edilmədiyi halda yolayrıcına daxil olan sürücü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir.
Qeyd edək ki, bu qəza bir müddət əvvəl baş verib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man