Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "Galendewagen" markalı avtomobil ilə qırmızı işıqda keçərək qəza törədən sürücü ilə bağlı açıqlama verib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, hadisə 29 mart, saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. "Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, "Mercedes Galendewagen" markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsənoviç Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, "Mercedes ML" markalı avtomobilin ilə toqquşub.
Vaqif Əsədov bildirib ki, sürücünün qırmızı işıqda keçməsi həm də təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb və sənədləşdirilib. "Sürücü barəsində inzibati qaydada protokol tərtib olunub. Sürücünün qərəzli şəkildə hərəkətlər etməsi kameralar vasitəsilə 29 mart tarixində qeydə alınmış, elə həmin tarixdə də "qəhrəmanlıq" edən şəxs barəsində müvafiq tədbir görülmüşdü."
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man