Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.
Gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində postlar qurulub. Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları postdan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.
Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.
Avtosfer.az paytaxtın müxtəlif istiqamətlərində qurulmuş postlarda müşahidə aparıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, son günlərdə nəqliyyatın axınında kifayət qədər azalma müşahidə olunur. "Bu da bir daha vətəndaşlarımızın qaydalara əməl etdiyinin sübut edir. Sürücülərə müraciət edirik ki, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə etməsinlər."
Videoreportajı təqdim edirik:
Orxan Əli
Elməddin Muradlı
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man