Dünyanı təsiri altına alan koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə bəzi ölkələrdə ictimaiyyəti məlumatlandırmaq üçün fərqli yollardan istifadə edilir. Avtosfer.az xəbər verir ki, İranda əzrail kostyumu ilə insanları küçəyə çıxmaqdan çəkindirən göstərişin ardınca, mübahisəli bir üsul da Hindistanda baş verib.
Ölkənin Andhra Paradeş əyalətinin Kurnul şəhərindəki bir kəndin polis məmuru, mindiyi ağ ata qırmızı boya ilə koronavirus şəkilləri çəkərək küçələrdə gəzib.
Maruti Şankar adlı həmin polis, bu hərəkəti ilə virusun yayılmasının qarşını almaq məqsədi ilə bölgə sakinlərini məlumatlandırdığını bildirib.
Amma onun bu hərəkətinə heyvan sevərlər etirazlar ediblər. Şankar isə öz növbəsində ata heç bir zərər gəlmədiyini, kəndlərdə mobil telefon və televiziyaya çıxışın asan olmadığını deyərək, bu üsulun ən məqsədəuyğun olduğunu söyləyib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man