Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 28-də gecə saatlarında Oktyabr rayonunda qeydə alınıb.
Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Toyota Cresta” markalı avtomobillə hərəkətdə olarkən, naməlum səbəblərdən sükan idarə etməsini itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil iki hissəyə bölünüb.
Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər də xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man